Türkiyədə Futbol Klubunun Avtobusu Daşa Basıldı - Video » DaylyAz
Idman Xəbərləri 206

Türkiyədə futbol klubunun avtobusu daşa basıldı – Video

Türkiyənin Samsun şəhərində keçirilən “Samsunspor” – “Trabzonspor” Super Liqa matçından əvvəl “Trabzonspor” komandasının avtobusuna daş atılaraq hücum edilib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə dünən saat 20:00 radələrində “19 May Stadionu” ətrafında baş verib.

Samsun Polis İdarəsinin əməliyyatı nəticəsində hücumda iştirak etdikləri müəyyən edilən S.A. (18), A.Ş. (19), A.B. (15), U.K. (17), E.G. (17) və T.C.U. (16) saxlanılıb.

Şübhəlilərə qarşı məhkəmə prosesləri davam edir. Rəsmi orqanlar idman tədbirlərində zorakılığa qarşı sıfır tolerantlıq siyasətini bir daha vurğulayıblar.

Mənbə: https://qafqazinfo.az/news/detail/turkiyede-futbol-klubunun-avtobusu-dasa-basildi-video-498125

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button