Idman Xəbərləri 206
U-21 millimiz yoxlama oyununda qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
“Qafqazinfo” xəbər verir ki, U-21 millimiz 1-ci Liqa təmsilçisi “Səbail”lə qarşılaşıb.
“Dalğa Arena”nın məşq meydançasında keçirilən görüş Rəşad Eyubovun komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 82-ci dəqiqədə Murad Ələkbərov vurub.
Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində ikinci yoxlama oyununu yanvarın 17-də Misli Premyer Liqasında çıxış edən “Şamaxı” klubuna qarşı keçirəcək.
Mənbə: https://qafqazinfo.az/news/detail/u-21-millimiz-yoxlama-oyununda-qalib-geldi-495650








