Idman Xəbərləri 206
Ukraynanı təmsil edən azərbaycanlı xanım güləşçi – Avropa çempionu oldu

Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Aida Kərimova Avropa çempionu olub.
“Qafqazinfo” xəbər verir ki, o, Serbiyanın Zrenjanin şəhərində güləş üzrə gənclər arasında (U-23) qitə çempionatında qızıl medal qazanıb.
Aida Kərimova həlledici görüşdə Rusiyanı təmsil edən Aleksandra Kopılovaya qalib gəlib.
Qeyd edək ki, Kərimova 2024-cü ildə də U-20-lərin yarışında Avropa çempionu olub. O, 2025-ci ildə U-23-lərin Avropa çempionatında isə ikinci yeri tutmuşdu.











