Ümit Karan Həbs Olundu » DaylyAz
Idman Xəbərləri 206

Ümit Karan həbs olundu

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 23 şübhəlinin məhkəmə prosesi yekunlaşıb.

Məlumata əsasən, məhkəmənin qərarı ilə aralarında keçmiş futbolçu Ümit Karanın da olduğu 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 9 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Qeyd edək ki, Ü. Karan “ölkə daxilində narkotik və ya stimullaşdırıcı maddələrin qanunsuz satışı, daşınması və saxlanması” kimi ağır maddələrlə ittiham olunur.

Xatırladaq ki, saxlanılanlar arasında tanınmış sənətçilər və iş adamlarının adları da əks olunur.

Mənbə: https://qafqazinfo.az/news/detail/umit-karan-hebs-olundu-495698

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button