Uşaqların Cinayət Törətdiyində Hökmə Qədər Həbsə Alternativ Tədbirlərə Qəbul » DaylyAz
Kriminal

Uşaqların Cinayət Törətdiyində Hökmə Qədər Həbsə Alternativ Tədbirlərə Qəbul

Uşaqların cinayət törətdiyində məhkəmə hökmünə qədər həbs edilməməsinə üstünlük verilməlidir.

“Qafqazinfo” xəbər verir ki, bu təklif Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugün iclasında müzakirəyə çıxarılan yeni “Uşaq hüquqları” haqqında qanun layihəsində öz əksini tapıb.

Layihədə göstərilib ki, hər hansı cinayət törətməkdə təqsirləndirilən uşağın barəsində cinayət təqibi həyata keçirilərkən müvafiq orqanlar tərəfindən həbsə alternativ qətimkan tədbirlərinin tətbiq edilməsinə üstünlük verilməlidir.

Bütün hallarda Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyində müəyyən edilmiş qaydada uşağın hüquq və azadlıqlarının təmin edilməsinin əsas prosessual təminatlarına riayət olunmalıdır.

Qeyd edək ki, yetkinlik yaşına çatmayan şəxslərə törətdikləri cinayətdən asılı olmayaraq maksimum 10 il həbs cəzası verilir.

Mənbə: https://qafqazinfo.az/news/detail/cinayet-toreden-usaqlar-hokme-qeder-hebs-edilmeye-biler-496941

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button