Aktual xəbərlər
Vaqif Xaçatryan Ermənistana təhvil verildi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyan Ermənistana təhvil verilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk hesabında açıqlayıb.
Onun sözlərinə görə, həmin şəxslər Həkəri körpüsü vasitəsilə qarşı tərəfə təhvil verilib və məsələ barədə daha sonra ətraflı məlumat veriləcək.
Mənbə: https://qafqazinfo.az/news/detail/vaqif-xacatryan-ermenistana-tehvil-verildi-495398







