“WhatsApp”-da şər xəbərlərə inanmayın!

Azərbaycan Daxili İşlər Nazirliyinin müraciətindən xəbər verilir ki, vətəndaşlar kiberdələduzluq hallarına qarşı diqqətli olmalıdır. Bəzi naməlum nömrələrdən gələn zənglər və mesajlara ehtiyatla yanaşılmalıdır.
Bildirilib ki, ani diqqətsizlik maddi vəsaitlərin itirilməsi və şəxsi məlumatların ələ keçirilməsi ilə nəticələnə bilər.
Özünü bank əməkdaşı kimi təqdim edən şəxslərin kart məlumatları, şifrə və digər məxfi məlumatları tələb etməsi, həmçinin qısa müddətdə yüksək qazanc vədləri dələduzluq əlamətləridir.
“Bank kartına dair məlumatlar, o cümlədən PIN-kod və digər məxfi məlumatlar heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır. Unutmayaq ki, heç bir bank və ya maliyyə təşkilatının nümayəndəsi bu məlumatları zəng və ya mesaj vasitəsilə tələb etmir.
Eyni zamanda “WhatsApp” tətbiqi üzərindən daxil olan zənglərə xüsusi diqqət yetirilməlidir. Özünü bank əməkdaşı kimi təqdim edərək “WhatsApp” vasitəsilə kart məlumatlarını tələb edən şəxslərə inanmayın, sakit qalın.
Həmçinin sosial şəbəkələrdə göndərilən naməlum keçidlərə daxil olmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsinə səbəb ola bilər. Bu səbəbdən “texniki dəstək” adı ilə edilən zənglər zamanı hər hansı məlumat verməzdən əvvəl qarşı tərəfin etibarlılığını mütləq şəkildə dəqiqləşdirilməlidir.
Azərbaycan Daxili İşlər Nazirliyi risklə üzləşdiyiniz hallarda dərhal polisə və xidmət göstərən banka məlumat verməsini tövsiyə edir.
Mənbə: https://qafqazinfo.az/news/detail/whatsappda-kart-melumatlarini-isteyenlere-inanmayin-video-500480







