Şou Biznes Xəbərləri
Xalq artistinin ifası əməkdar artistləri AĞLATDI – VİDEO

"Günə Uğurla" verilişində duyğusal anlar yaşanıb.
İfa zamanı studiyada olan əməkdar artistlər Bəsti Sevdiyeva və Bəyimxanım Vəliyeva göz yaşlarını saxlaya bilməyiblər. Sənətçilər mahnının təsirindən duyğulanaraq kövrəliblər.
Studiyada yaranan emosional ab-hava izləyicilərin də diqqətindən yayınmayıb. Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda geniş yayılaraq müzakirələrə səbəb olub.
İzləyicilər paylaşımın altında yazdıqları rəylərdə "Ana" mövzusunun hər zaman insanları duyğulandırdığını qeyd edərək, Samir Cəfərovun ifasının çox təsirli olduğunu bildiriblər.
Qeyd edək ki, efirdə yaşanan həmin kövrək anlar proqramın ən yadda qalan məqamlarından biri olub.
Mənbə: https://news.milli.az/showbiz/1319522.html







