XİN-dən Həmin ölkə Və Təşkilatlara Təşəkkür » DaylyAz
Aktual xəbərlər

XİN-dən həmin ölkə və təşkilatlara təşəkkür

Azərbaycan Xarici İşlər Nazirliyi İranın pilotsuz uçuş aparatları ilə Naxçıvana qarşı həyata keçirdiyi hücumlardan sonra ölkəmizə dəstək nümayiş etdirən ölkə və təşkilatlara təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib. 

“İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikası ərazisinə qarşı həyata keçirdiyi hücumlardan sonra beynəlxalq tərəfdaşlarımızdan aldığımız dəstək bəyanatlarına, məktublara və telefon zənglərinə görə səmimi minnətdarlığımızı bildiririk.

Azərbaycan ilə nümayiş etdirilən həmrəyliyi və ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına göstərilən dəstəyin açıq şəkildə bir daha təsdiqlənməsini yüksək qiymətləndiririk.

Bu dövrdə Azərbaycanla həmrəylik göstərən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edir, onların davamlı dəstəyini və əməkdaşlığını yüksək qiymətləndiririk”, – məlumatda qeyd olunub.

Mənbə: https://qafqazinfo.az/news/detail/xin-den-hemin-olke-ve-teskilatlara-tesekkur-501352

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button