Aktual xəbərlər
Xocalıda ağır qəza – Hərbçi həlak oldu – Foto

Xocalı rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Daşkənd kəndi ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu 1999-cu il təvəllüdlü MAXE Əhmədov Cavid Hidayət oğlunun idarə etdiyi xidməti avtomobil aşıb.
Nəticədə avtomobildə olan sərnişin, gizir 1996-cı il təvəllüdlü Quluzadə Vüsal Ədalət oğlu həlak olub.
Xəbəri rus dilində oxuyun: ДТП в Ходжалы: погиб военнослужащий
Sürücü isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qəzada dünyasını dəyişən gizir Vüsal Quluzadə bu gün Tərtərin Təzəkənd kəndində dəfn ediləcək.
Fotoda Vüsal Quluzadə
Mənbə: https://qafqazinfo.az/news/detail/xocalida-agir-qeza-herbci-helak-oldu-foto-500846







