Kriminal
Yasamalda piyada keçidində ağır qəza: Ölən var

Ötən gecə saat 01:50 radələrində Yasamal rayonu Şərifzadə küçəsində ağır yol qəzası baş verib.
“AQİP ” xəbər verir ki, 2000-ci il təvəllüdlü Ağayev Elnur Elşən oğlu “BYD” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Vahabov Natiq Vəli oğlunu vurub.
Nəticədə N.Vahabov hadisə yerində ölüb.
Fakt bağlı Yasamal RPİ-də cinayət işi başlanıb.
Mənbə: https://qafqazinfo.az/news/detail/yasamalda-piyada-kecidinde-agir-qeza-olen-var-500825







