Yeniyetmənin Anasını öldürənə Hökm Oxundu » DaylyAz
Kriminal

Yeniyetmənin anasını öldürənə hökm oxundu

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində 17 yaşlı yeniyetmənin məhkəmə araşdırması başa çatıb.

Keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə görə, yeniyetmə qəsdən adam öldürməkdə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin yayında Binəqədi rayonunda “Crossway” hotelində baş verib. Anası və oğlu eyni gündə Türkiyədən qayıdıb. İttiham aktında yazılıb ki, geyim üstündə yaranmış mübahisə ilə bağlı oğul anasını 36 yaşlı Əmirə Qasımovanı bıçaqla qətlə yetirib. Yeniyetmə məhkəmədə özünü təqsirli bilib, həbs olunmasını xahiş edib.

Yeniyetmənin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə görə sanksiya 9 ildən 14 ilə qədərdir, lakin qanun 18 yaşına çatmayan şəxslərə 10 ildən artıq həbs cəzasının təyin olunmasına icazə vermir.

Mənbə: https://qafqazinfo.az/news/detail/hotelde-anasini-olduren-yeniyetmeye-hokm-oxundu-501032

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button