Yük Və Minik Maşınları Toqquşdu, Sürücü öldü » DaylyAz
Kriminal

Yük və minik maşınları toqquşdu, sürücü öldü

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza ötən gecə rayonun Gərənə kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, rayon sakini 2005-ci il təvəllüdlü Yadigar Rəhimov idarə etdiyi “VAZ 2106” markalı, 09 BK 349 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən “Kamaz” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə Y.Rəhimov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/yuk-ve-minik-masinlari-toqqusdu-surucu-oldu-502201

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button