Zaur Nəbioğludan Səidə Bəkirqızına Cavab: “Vətən Müharibəsində Döyüşdüyümü Dəməmişəm” » DaylyAz
Şou Biznes Xəbərləri

Zaur Nəbioğludan Səidə Bəkirqızına Cavab: “Vətən Müharibəsində Döyüşdüyümü Dəməmişəm”

Aparıcı Zaur Nəbioğlu efir vasitəsilə Səidə Bəkirqızının ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib.

Zaur Nəbioğlu bildirib ki, heç vaxt müharibədə döyüşdüyünü iddia etməyib:

"Mən heç vaxt 44 günlük Vətən müharibəsində döyüşdüyümü deməmişəm. Mən jurnalist kimi həmin müharibənin 37 gününü döyüş bölgələrində olmuşam", – deyə aparıcı vurğulayıb.

O əlavə edib ki, müharibə dövründə 278 şəhid ailəsinin evini ziyarət edib və orada çəkilişlər aparıb. Nəbioğlu bu fəaliyyətini jurnalist borcu kimi yerinə yetirdiyini bildirib.

Aparıcının açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Mənbə: https://news.milli.az/showbiz/1316608.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button