"10 Kişi Ilə Eşqbazlıq Edirəm" » DaylyAz
Şou Biznes Xəbərləri

“10 kişi ilə eşqbazlıq edirəm”

Türkiyəli məşhur aktrisa Melis İşiten aparıcı Oğuzhan Uğurun proqramında səsləndirdiyi fikirlərlə müzakirələrə səbəb olub.

"Eyni anda 10 kişi ilə flört edirəm. Elə düşünün ki, avtomobil qalereyasındayam".

Melis İşiten sözlərinə belə davam edib:

"Subay insanlar istədikləri qədər flört edə bilərlər".

Onun bu açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi izləyicilər aktrisanın fikirlərini açıq və səmimi mövqe kimi qiymətləndirərək, subay insanların seçim azadlığını müdafiə edib. Digər qrup isə bu cür yanaşmanın doğru olmadığını bildirərək tənqidi rəylər yazıb.

Qısa zamanda yayılan müsahibə sosial mediada geniş müzakirələr doğurub və aktrisanın şəxsi həyatı yenidən gündəmə gəlib.

Mənbə: https://news.milli.az/showbiz/1318201.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button