“Rəngarəng” verilişinin növbəti buraxılışında MÜĞƏNNİ QUMRAL MUSAYEVA şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Müğənni “Necə istəmişəmsə, elə də ailə qurmuşam” deyib.

Qumral Musayeva anasının tez-tez “qadın kişi bəzəməz” dediyini xatırladaraq bu fikirlə tam razılaşmadığını bildirib. Onun sözlərinə görə, qadın zövqü və qayğısı ailədə özünü göstərir:

“Əslində, anam özü də onu bəzəyir. Hara getsəm, Natiq üçün hədiyyə alıram, alış-veriş edirəm. Gözəl geyim görəndə almaqdan özümü saxlaya bilmirəm” , – deyə sənətçi əlavə edib.

Səmimi etirafları ilə diqqət çəkən müğənninin açıqlamaları studiyada maraqla qarşılanıb və sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Mənbə: https://news.milli.az/showbiz/1318099.html

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *