Kriminal
12 yaşlı gənc dəm qazından boğulub

Gədəbəydə bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Arıxdam kənd sakini 2014-cü il təvəllüdlü Sənan Ramin oğlu Bayramov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Onun meyitini yaxınları aşkar ediblər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Mənbə: https://qafqazinfo.az/news/detail/12-yasli-oglan-dem-qazindan-boguldu-497442







