90-cı illərin məşhur türkiyəli ifaçısı Hakan Peker qatıldığı televiziya verilişində təqaüdə çıxması və aldığı pensiya ilə bağlı səmimi etiraflar edib. 65 yaşlı müğənni uzun müddət “təqaüdçü” anlayışını qəbul edə bilmədiyi haqqında danışaraq, bu prosesin “Dövlət məni təqaüdə göndərdi” sözləri ilə xarakterizə edib. O, təqaüdün insana sanki “artıq sizdən gözlənti yoxdur” mesajı verdiyini düşündüyünü vurğulayıb.

Peker bu səbəbdən özünü cəmiyyətdən təcrid olunmuş kimi hiss etdiyini etiraf edib. Hakan Peker ilk dəfə olaraq aldığı aylıq pensiyanın məbləğini də açıqlayıb. Müğənni hazırda 20 min türk lirəsi təqaüd aldığını qeyd edib.

Mənbə: https://news.milli.az/showbiz/1315732.html

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *