Kriminal
2025-ci ildə 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

2025-ci ildə bələdiyyələrin vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunması ilə bağlı rəqəmlər açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın (Ədliyyə Nazirliyi) illik məruzəsində öz əksini tapıb.
Məruzədə 43 bələdiyyə sədrinin inzibati məsuliyyətə cəlb edildiyi, 3 protokolun isə məhkəmələrin icraatında olduğu bildrilir.
Mənbə: https://qafqazinfo.az/news/detail/43-belediyye-sedri-mesuliyyete-celb-edilib-497858







