Bakıda 37 yaşlı şəxs bədbəxt hadisənin qurbanı olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 10-u saat 23 radələrində Xəzər rayonu Atçılıq yaşayış massivində baş verib.

1989-cu il təvəllüdlü Əfsun Camal oğlu Xanlarov tək yaşadığı nömrəsiz fərdi evdə ehtiyatsızlıqdan aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/evinde-ehtiyatsizliqdan-yanan-37-yasli-kisi-oldu-498602

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *