Kriminal
46 yaşlı şəxsin üzərinə spirt töküb yandıran şəxs məlum olub

Qafqazinfo xəbər verməyə davam edir ki, hadisə Mingəçevirin bağlar yaşayış massivində baş verib.
Mübahisə zamanı bir nəfər qarşı tərəfin üzərinə spirt tökərək onu yandırıb. Nəticədə 1980-ci il təvəllüdlü Zaur Nəbiyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Onun üzərinə psixi problemləri olan şəxs tərəfindən spirt tökülərək yandırılması məlum olub. Polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Mənbə: https://qafqazinfo.az/news/detail/46-yasli-kisinin-uzerine-spirt-tokub-yandirdilar-498986







