Aktyor Şəhriyar Əbilov məlum olan 657 min manatdan danışdı. “657 min manat tarixi film üçün nədır ki? Xaricdə böyük büdcələr xərclənir. Biz sevinməliyik. Azər o pulu cibinə qoymayıb ki”, dedi.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) “Aydəmir Entertainment” şirkəti ilə nəhəng müqavilə bağlayıb.

Müqavilədə “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filminin istehsalının həyata keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri isə 657 000 manat müəyyənləşib.

Audiovizual sənaye sahəsində fəaliyyət göstərən “Aydəmir Entertainment” şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur.

Mənbə: https://news.milli.az/showbiz/1318803.html

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *