"Rəngarəng" Verilişində Müğənni Qumral Musayeva öz şəxsi Həyatını Açıqlayıb » DaylyAz
Şou Biznes Xəbərləri

“Rəngarəng” verilişində Müğənni Qumral Musayeva öz şəxsi həyatını açıqlayıb

“Rəngarəng” verilişinin növbəti buraxılışında MÜĞƏNNİ QUMRAL MUSAYEVA şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Müğənni “Necə istəmişəmsə, elə də ailə qurmuşam” deyib.

Qumral Musayeva anasının tez-tez “qadın kişi bəzəməz” dediyini xatırladaraq bu fikirlə tam razılaşmadığını bildirib. Onun sözlərinə görə, qadın zövqü və qayğısı ailədə özünü göstərir:

“Əslində, anam özü də onu bəzəyir. Hara getsəm, Natiq üçün hədiyyə alıram, alış-veriş edirəm. Gözəl geyim görəndə almaqdan özümü saxlaya bilmirəm” , – deyə sənətçi əlavə edib.

Səmimi etirafları ilə diqqət çəkən müğənninin açıqlamaları studiyada maraqla qarşılanıb və sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Mənbə: https://news.milli.az/showbiz/1318099.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button