10 Yaşlı Sərxan Həmin Vaxt Hədiyyəsinə Baxıb... - Video » DaylyAz
Kriminal

10 yaşlı Sərxan həmin vaxt hədiyyəsinə baxıb… – Video

Bakının mərkəzində uşaqların yığıncağı zamanı baş verən hadisənin detalları müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, ağır yaralanan uşağın fotosunu paylaşan bloqer Saleh Nəsirov hadisə barəsində bəzi məlumatları bölüşüb.

Bildirilib ki, hadisə dekabrın 25-i baş verib. Sərxan adlı 10 yaşlı oğlan başından yaralanıb və Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. “Uşaq beyin trauması alıb. Onu polis əməkdaşları vaxtında xəstəxanaya çatdırmışlar. Maşınla vurulanlar – sedan avtomobilinin sahibi ilk gündən maraqlanır. Lakin “Mercedes ML” markalı avtomobilin sürücüsü dünən gəlib. Həmin gün məktəbdə bayram tədbiri keçirilmiş və Sərxana hədiyyə verilmiş. O, səkidə dayanıb hədiyyəsinə baxarkən bədbəxt hadisə ilə üzləşmiş”.

Qeyd edək ki, hadisə vaxtı uşağa ilk olaraq yol nişanının çırpılması da məlum olub.

Baş vermiş hadisə, xüsusilə “Mercedes”in sürücüsünün xəsarət alan azyaşıya biganəliyi geniş müzakirələrə səbəb olub.

Mənbə: https://qafqazinfo.az/news/detail/10-yasli-serxan-hemin-vaxt-hediyyesine-baxirmis-video-494115

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button