İlham Əliyevdən Azərbaycan Qəzza Zolağında Beynəlxalq Missiyaya Qatılacağı Ilə Bağlı Cavab. » DaylyAz
Politika

İlham Əliyevdən Azərbaycan Qəzza zolağında beynəlxalq missiyaya qatılacağı ilə bağlı cavab.

Qafqazinfo xəbər verir ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibədə mövzuya toxunub: “Yaxın Şərqdə hansısa fəaliyyətlərdə mümkün iştiraka gəldikdə, ABŞ-nin BMT-dəki səfirliyinin Azərbaycanın razılıq verməsi ilə bağlı bəyanatı bizi təəccübləndirdi”.

“Biz razılıq verməmişik və diplomatik kanallarla Amerika administrasiyasına çatdırdıq ki, bu cür yalan bəyanatlar qəbuledilməzdir, onlar yanlış mənzərə yaradır. Ola bilər ki, belə bir cəhd olub, kimi isə bu prosesa cəlb etmək üçün Azərbaycanın razılıq verdigini deyibler. Əgər belə olubsa, bu ümumilikdə heç bir vəchlə qəbul edilə bilməz.”

“Biz 20 sualdan ibarət müraciət tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq. Bu məsələlərə aydınlıq gətirilməyincə, Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur.”

“Beləliklə, sağ olun ki, siz bu sualı verdiniz, çünki xarici mətbuatda bu mövzuda çoxlu sayda şayiələr dolaşır. Xüsusilə Amerika diplomatiyasının yüksəkrütbəli məmurunun bu cür məsuliyyətsiz və yalan bəyanat verdiyi vaxt. Bu, həm də mənə imkan verdi ki, istər bizim, istərsə də beynəlxalq auditoriyanın diqqətinə bu məsələ ilə bağlı bizim mövqeimizi çatdırım.” – Prezident qeyd edib.

Mənbə: https://qafqazinfo.az/news/detail/azerbaycan-qezzada-beynelxalq-missiyaya-qatilacaq-ilham-eliyevden-cavab-494437

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button