ABŞ-nin Bakıdakı Səfirliyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ”ı təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

““Qarabağ”ı UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə səmimi-qəlbdən təbrik edirik. Bu, Azərbaycan futbolu tarixində ilk belə nailiyyətdir. Bu uğur Avropanın ən mötəbər futbol səhnəsində nümayiş etdirilən əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın nəticəsi olan ardıcıl güclü çıxışların məntiqi yekunudur”.

Mənbə: https://qafqazinfo.az/news/detail/abs-sefirliyi-qarabagi-tebrik-etdi-497118

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *