Qafqazinfo xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində baş verib.

Hadisə ilə bağlı “MAN” markalı yük avtomobilindən 490 litr yanacaq oğurlandırıldığı müəyyən edilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı R.Cahangirov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, R.Cahangirov oğurladığı yanağı eyni markadan olan öz yük maşınının çəninə töküb.

R.Cahangirovi barəsində toplanan material məhkəməyə göndərilib. O, 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Mənbə: https://qafqazinfo.az/news/detail/yarim-ton-yanacaq-ogurlayan-surucu-hebs-edildi-498778

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *