Ağadadaş Ağayev amnistiya qərarı ilə azad edilir

Balta cinayəti ilə bağlı ittiham olunan Xalq artisti Ağadadaş Ağayev şərti cəzadan azad ediləcək. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müğənniyə amnistiya aktı tətbiq olunacaq.
Ədliyyə Nazirliyinin Probasiya xidməti məsələ ilə bağlı artıq məhkəməyə müraciət edib. Ağadadaş Ağayevin müdafiəçisi, tanınmış vəkil Asim Abbasov məlumatı təsdiqləyib. Vəkil deyib ki, Probasiya xidmətinin müvəkkilinə amnistiya aktının tətbiqi ilə bağlı müraciətinə bu gün baxılacaq.
Hadisə 2024-cü ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə zamanı “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilova balta atıb. Mühafizəçi isə Xalq artistini döyüb.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə A.Ağayev 1 il sınaq müddəti seçilməklə, 2 il, N.Cəlilov isə 2 il 6 ay müddətinə şərti cəzaya məhkum edilib.
Mənbə: https://qafqazinfo.az/news/detail/agadadas-agayev-amnistiya-ile-cezadan-azad-edilir-495068







