Ağamirzə Türkan Vəlizadəni Təriflədi; Pərvizdən "şikayət" Etdi » DaylyAz
Şou Biznes Xəbərləri

Ağamirzə Türkan Vəlizadəni təriflədi; Pərvizdən “şikayət” etdi

Meyxanaçı Ağamirzə müğənni Türkan Vəlizadə ilə bağlı maraqlı açıqlamalar verib.

Onun sözlərinə görə, müğənni dəfələrlə məclislərdə çıxış etsə də, ödəniş götürməyib: “Adam xəcalət çəkir. Qızımın toyunda da çox gözəl iştirak etdi. Sonradan bildik ki, hətta pul da yazdırıb”.

Ağamirzə həmçinin Türkan Vəlizadə və həmkarı Pərviz Bülbülə ilə birlikdə səfərdə olduqlarını, yol yoldaşlığının da çox yaxşı keçdiyini qeyd edib.

Meyxanaçı çıxışı zamanı Pərviz Bülbülədən zarafatla “şikayət” etməyi də unutmayıb. O, Pərvizin üç dəfə sözünü yerə saldığını deyərək gülümsədib: “Pərvizdən şikayətçiyəm. 3 dfəfədən çox sözümü yerə salıb. Ona verilən şabaşları gətirib qabağıma qoyur. Deyirəm ki, belə olmaz”.

Qeyd edək ki, Ağamirzənin bu açıqlamaları studiyada gülüş doğurub və izləyicilərin marağına səbəb olub.

Mənbə: https://news.milli.az/showbiz/1312784.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button