Ailəm Xəyanətə Görə Dağıldı » DaylyAz
Şou Biznes Xəbərləri

Ailəm Xəyanətə Görə Dağıldı

Müğənni Vəfa Şərifova “Öz Aramızda” verilişində şəxsi həyatı ilə bağlı maraq oyandıran etiraf edib.

O, bildirib ki, kişinin xəyanətini bağışlamağın doğru olmadığını düşünür:

“Kişinin xəyanətini bağışlamaq lazım deyil, zaman itkisidir. Bir dəfə bağışladınsa, 5 il keçsə də o münasibət bitəcək. Sadəcə insan inanmaq istəyir, deyir ki, ailə dağılmasın.”

Vəfa Şərifova xəyanəti ən çox bağışlayan qadaşlardan biri olduğunu desə də, bunun nəticəsiz qaldığını vurğulayıb:

“Xəyanəti ən çox bağışlayan qadın olmuşam. Dəyməz ancaq. Ola bilər hörmətlidir, dəyərlidir, sənin üçün hər şeyi edib. Amma xəyanət oldusa, hisslər bitir. Qadın özünü alçalmış bilər, nə qədər sənətin, imkanın olsa da… Sevdiyindən bu hərəkəti gördükdə heç nə səni xoşbəxt edə bilmir.”

Müğənni sonda ailəsinin məhz xəyanət səbəbindən dağıldığını bir daha təsdiqləyib:

“Xəyanətə görə ailəm dağılıb. İnsanın bir həddi olur. Bəlkə də bir söz üstündə bitdi, amma ən əsası xəyanət idi.”

Mənbə: https://news.milli.az/showbiz/1315984.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button