“Allaha Dua Edirdim Ki, Bəhlul Qol Vursun” - Atası » DaylyAz
Idman Xəbərləri 206

“Allaha dua edirdim ki, Bəhlul qol vursun” – Atası

“Həmişə onun belə bir oyunda qol vurmasını xəyal etmişəm, nəhayət, bu gerçəkləşdi”. 

“Qafqazinfo” Offsideplus.az-a istinadən xəbər verir ki, bu sözləri Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev oğlunun “Qarabağ” – “Ayntraxt” matçında (3:2) qələbə qoluna imza atmasını şərh edərkən bildirib. 

“Çox sevincliyəm, arzularım reallaşdı. Mən 10 gün idi ki, bu oyunu düşünürdüm. Hər səhər yuxudan oyananda Allaha dua edirdim ki, Bəhlul qol vursun. 20 yaşımda futbolla vidalaşmışam. Mənim də çox arzularım var idi, Bəhlul arzularımı həyata keçirdi. Təbii ki, çox sevincliyəm. Oyundan əvvəl bir yerdə idik. Hər halda həyəcanlı idi, kefi yaxşıdır”.

Mənbə: https://qafqazinfo.az/news/detail/allaha-dua-edirdim-ki-behlul-qol-vursun-atasi-496320

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button