Ankarada Ailə Faciəsi: 35 Yaşlı Qoca Anasını, Qızını Və əri öldürüb Intihar Etdi » DaylyAz
Kriminal

Ankarada ailə faciəsi: 35 yaşlı qoca anasını, qızını və əri öldürüb intihar etdi

Türkiyənin paytaxtı Ankarada dəhşətli ailə faciəsi baş verib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə paytaxtın Keçiören rayonunda qeydə alınıb.

Məlumata görə, 35 yaşlı Receb Cengiz 57 yaşlı anası və 8 yaşlı qızını tapança ilə qətlə yetirib. Daha sonra isə onların cəsədlərini avtomobilinin yük yerinə qoyaraq, boşanma ərəfəsində olduğu həyat yoldaşının yaşadığı evə yollanıb. Qatil onu da eyni silahla qətlə yetirdikdən sonra isə özünə atəş açaraq intihar edib.

Qeyd edək ki, R. Cengiz 2025-ci ilin dekabrında cəzaçəkmə müəssisəsindən icazəli olaraq çıxıb. Faktla bağlı Ankara Prokurorluğu tərəfindən genişmiqyaslı istintaq başladılıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/anasini-8-yasli-qizini-ve-xanimi-oldurub-intihar-etdi-ankarada-aile-faciesi-498289

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button