“Atalarımız Kimi Kişi Ola Bilmirik” » DaylyAz
Şou Biznes Xəbərləri

“Atalarımız kimi kişi ola bilmirik”

Müğənni Nadir Qafarzadə “Xəzər axşamı” verilişində maraqlı və səmimi açıqlamalarla diqqət çəkib.

Milli.az xəbər verir ki, sənətçi keçmiş dövr kişilərinin xarakter və ataoğlu münasibətləri ilə bağlı fikirlərini paylaşır:

“O vaxt şair Əliağa Vahidlə atam dost idi. Mən onu görməmişdim. Atamın əlində “Vahid” yazılmış döymə də var idi. Haradasa düşünürəm ki, o vaxtkı zəhmli kişilər indi yoxdur. Biz çalışsaq da, atalarımız kimi kişi ola bilmirik. Düşünürəm ki, çoxları mənimlə razılaşır.”

Onun sözlərinə görə, əvvəlki nəsil kişilərin ailədə xüsusi əhəmiyyətə sahiblər idi:

“O vaxtın kişiləri tam başqa xarakterdə idilər. Qapıdan içəri daxil olan kəs ağırlıqlarını hiss edərdi. Psixologiyamız da buna uyğun formalaşmışdır. Anam deyirdi ki, “Atanız gəlir”. Atamla dost kimi deyildik. Dostluq mümkündür, amma artıq bir pərdə olmalıdır.”

Mənbə: https://news.milli.az/showbiz/1315154.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button