"Atletiko" "Barselona"nı Darmadağın Edib » DaylyAz
Idman Xəbərləri 206

“Atletiko” “Barselona”nı darmadağın edib

İspaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunları başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, 2-ci oyun günündə “Atletiko” “Barselona”nı qəbul edib.

Qarşılaşma Madriddəki “Sivitas Metropolitano” stadionunda keçirilib və Xuan Martines tərəfindən idarə olunub.

Oyunda “Atletiko” “Barselona”nı darmadağın edib – 4:0.

Ötən gecə isə “Real Sosyedad” səfərdə “Atletik”i üstələmişdi.

Qeyd edək ki, cavab görüşləri çərçivəsində “Barselona” – “Atletiko” oyunu Bakı vaxtı ilə 4 mart saat 00:00-da başlayacaq. “Real Sosyedad” – “Atletik” matçı isə Bakı vaxtı ilə 5 mart saat 00:00-da start götürəcək.

Mənbə: https://qafqazinfo.az/news/detail/atletiko-barselonani-darmadagin-etdi-498710

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button