Şou Biznes Xəbərləri
Aybəniz Haşımova direktor vəzifəsinə təyin edilir

Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımovaya direktor vəzifəsi verilib.
Əsas məlumata görə, qadın artist fevralın 6-sı bu vəzifəyə təyin olunub. Hər zaman Azərbaycanın mədəniyyət sahəsində fəal olan Aybəniz Haşımova mənbəyə görə artıq kollektivə təqdim edilib.
Qeyd edək ki, 58 yaşlı sənətçi "Bülbüllər" qrupunun yaradıcısı, Sənət Akademiyasının təsisçisi və rəhbəri, Türk Ağsaqqalları İctimai Birliyinin Mədəniyyət Komitəsinin sədridir. /Qafqazinfo
Mənbə: https://news.milli.az/showbiz/1315425.html







