Şou Biznes Xəbərləri
“Ayda 20 min manatdan çox xərcləyirəm”

Müğənni Kəmalə Günəşli aylıq xərcləri ilə bağlı diqqətçəkən açıqlama verib.
"Aylıq xərclərim 20 min manatı keçir. Mən çox pul xərcləyənəm, amma pulu geyimə, reklama, ora-bura. Mən pul yığmıram".
Kəmalə Günəşli vurğulayıb ki, əsas xərcləri yaradıcılığı ilə bağlıdır. Onun sözlərinə görə, hər ay iki klip çəkdirir və bu da ciddi maliyyə tələb edir:
"Ayda iki klip çəkdirirəm. Kliplərin xərci 7-8 min manat təşkil edir".
Müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş maraq doğurub.
Mənbə: https://news.milli.az/showbiz/1313447.html







