TITLƏ: Nigar Camal Aygün Kazımovanın ad günündəki səhnə performansını ilə diqqəti cəlb etdi

CONTENT: Müğənni Nigar Camal gün əvvəl Pop Diva Aygün Kazımovanın ad günü mərasimində səhnə performansı ilə diqqətləri üzərinə çəkib.

Milli.az xəbər verir ki, Avroviziya qalibimizin səhnədə nümayiş etdirdiyi şou, rəqs hərəkətləri və seçdiyi geyim sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Doğum günü partisində lentə alınan görüntülər tədbirin ən çox danışılan videolarından biri kimi yayılıb.

Qısa libasda səhnəyə çıxan Nigar Camalın rəqs zamanı bəzi kadrlarda alt geyiminin də görünməsi izləyicilərin diqqətindən yayınmayıb. Sözügedən anlar sosial mediada sürətlə paylaşılaraq müxtəlif rəylərə yol açıb.

Təqdim olunan görüntülər bir qisim tərəfindən cəsarətli səhnə obrazı kimi dəyərləndirilsə də, bəziləri tərəfindən sərt tənqid edilib. Nigarın performans ərazinin ən çox müzakirə olunan məqamlarından biri olub.

Mənbə: https://news.milli.az/showbiz/1313635.html

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *