Azərbaycan Milli Komandasının Baş Məşqçisi C Liqasına Qayıtmağı əsas Vəzifə Kimi Gördür » DaylyAz
Idman Xəbərləri 206

Azərbaycan milli komandasının baş məşqçisi C Liqasına qayıtmağı əsas vəzifə kimi gördür

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının 2026/2027 mövsümü üçün hədəflərini açıqlayıb və komandanın qarşısında duran əsas vəzifənin C Liqasına yüksəlmək olduğunu vurğulayıb.

“Qafqazinfo” AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, püşkün nəticələrini şərh edən mütəxəssis rəqiblərin artıq analiz edildiyini bildirib:

“Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram”

Qeyd edək ki, millimiz D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.

Mənbə: https://qafqazinfo.az/news/detail/meqsedimiz-c-liqasina-qayitmaqdir-ayxan-abbasov-498700

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button