Son illərdə tətbiq olunmuş məlum qadağalardan sonra ölkə telekanallarında yayımlanan verilişlərdə ciddi dəyişikliklər baş verib.
Müşahidələrə əsasən, uzun müddət televiziya proqramlarında görünməyən Xalq və Əməkdar artistlər yenidən studiyalara dəvət almağa başlamışlar. Efir siyasətində keyfiyyətə üstünlük verildiyini bildirirlər.
Xatırladaq ki, son illər bəzi proqramlarda qalmaqalların artması və bayağı musiqi ifaçılarının efirdə geniş yer alması həm sənət kamerasındakı, həm də tamaşaçılar arasında narazılıq doğurmuşdu. Bir çox sənət adamı efir məkanının səviyyəsinin aşağı düşdüyünü açıq şəkildə dilə gətirmişdilər.
Yeni dəyişikliklərdən sonra mədəniyyət və musiqi sahəsində nüfuzlu simaların daha çox görünməsi diqqət çəkir. Tamaşaçılar sosial şəbəkələrdə bu yeniliyi müsbət qiymətləndirərək klassik və peşəkar sənətə üstünlük veriləsini dəstəklədiklərini bildirirlər.
Beləliklə, teleməkanın əvvəlki illərlə müqayisədə daha ciddi və sanallı məzmun təqdim etməyə çalışdığı aydın müşahidə olunur.
0 Comments