Müğənni Eflatun Qubadov səsləndirdiyi açıqlama ilə diqqət çəkib.

O bildirib ki, məclislərin birində içdiyi çaydan sonra səsində problem yaranıb. Sənətçinin sözlərinə görə, ifa zamanı səsi istədiyi kimi işləməyib və bu hal onu çətin vəziyyətdə qoyub.

Qubadov həmin hadisədən sonra ehtiyatlı davranmağa başladığını deyib. O, artıq əksər hallarda yemək və içəcəyini evdən götürdüyünü, yaxud da etibar etdiyi restoranda qidalandığını vurğulayıb.

Müğənninin bu etirafı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin ehtiyat tədbirini anlayışla qarşılayanlarla yanaşı, bunu şişirdilmiş addım hesab edənlər də olub.

Mənbə: https://news.milli.az/showbiz/1316757.html

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *