Politika
Bəhruz Əhmədovdan yeni – Təyinat

Sumqayıt hərbi prokuroruna yeni müavin təyin edilib.
“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı respublika hərbi prokuroru general-mayor Bəhruz Əhmədov əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Tural Həsənli şəhər hərbi prokurorunun müavini təyin edilib.
Qeyd edək ki, Sumqayıt hərbi prokuroru ədliyyə polkovniki Ağakişi Acalovdur. O, bir neçə ay əvvəl həmin vəzifəyə təyin edilib.
Mənbə: https://qafqazinfo.az/news/detail/behruz-ehmedovdan-yeni-teyinat-498037







