Bad Bunny 16 Milyon Dollarlıq Məhkəməyə çağırlanır » DaylyAz
Şou Biznes Xəbərləri

Bad Bunny 16 milyon dollarlıq məhkəməyə çağırlanır

Möhtəşəm reper Bad Bunny hüquqi mübahisənin mərkəzinə düşüb. Gənc musiqiçi Taynali Serrano Rivera, onun səsləndirdiyi mahnını icazəsiz şəkildə mahnılarında istifadə edildiyini iddia edərək 16 milyon dollar təzminat tələb edib.

Rivera iddia edir ki, həmin mahnını 2018-ci ildə Bad Bunny-nin uzun müddətli prodüseri olan Roberto Rosado xahişi ilə hazırlayıb. Həmin dövrdə hər ikisi Aresibo şəhərindəki Interamerikan Universitetində təhsil alırmış.

O vurğulayıb ki, mahnının kommersiya məqsədilə istifadəsi barədə ona məlumat verilməyib və heç bir razılaşma və ya müqavilə imzalanmayıb. İddia ərizəsində həmçinin qeyd olunur ki, mahnı zamanla məşhurlaşıb və artıq Bad Bunny ilə assosiasiya olunur. Rivera bildirir ki, reper onu konsertlərdə səsləndirir və merch məhsullarında istifadə edir.

Hazırda Bad Bunny və digər cavabdehlərin nümayəndələri bu iddialara rəsmi açıqlama verməyiblər.

Mənbə: https://news.milli.az/showbiz/1310732.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button