Bakıda daha bir nəfər dəm qazından ölüb.
“Qafqazinfo” xəbər verir ki, bədbəxt hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.
Ötən gecə saat 23 radələrində 1999-cu il təvəllüdlü Aleksandr Valeriyeviç Bayramov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Mənbə: https://qafqazinfo.az/news/detail/daha-bir-nefer-dem-qazinin-qurbani-oldu-498644
0 Comments