Kriminal
Bakıda məşhur hotel olan “Boulevard Hotel”də ofisiant öldürülüb – İş yoldaşı tutuldu

Bakıda bir hoteldə qətl törədilib.
“Qafqazinfo”nun məlum etməsinə əsasən, bu hadisə yanvarın 25-si saat 19 radələrində “Ağ şəhər” bulvarında yerləşən “Boulevard Hotel”də qeydə alınıb.
Hadisənə görə, hotelin ofisiantı olan 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.
Hadisənin hotelin digər ofisiantı, 1992-ci il təvəllüdlü Abşeron sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr mövcuddur.
Seymur Manafov polis əməkdaşları tərəfindən tutulub.
Hadisə ilə bağlı cinayət işi baş tutub. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.
Mənbə: https://qafqazinfo.az/news/detail/bakida-meshur-hotelde-ofisiant-olduruldu-is-yoldasi-tutuldu-496657







