İspaniya Super Kubokunun yarımfinalında “Barselona” “Atletik Bilbao” üzərində inamlı qələbə qazanaraq adını finala yazdırıb.

“Qafqazinfo” xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdullah Sports City” stadionunda keçirilən qarşılaşma kataloniyalıların 5:0 hesablı darmadağını ilə başa çatıb.

Hansi Flikkin yetirmələri hələ ilk hissədə rəqib qapısına 4 top vuraraq matçın taleyini həll ediblər. Qolları Ferran Torres (22-ci dəq.), Fermin Lopes (30-cu dəq.), Runi Bardqji (34-cü dəq.) və Rafinya (38, 52-ci dəq.) vurublar. Rafinya dubl etməklə görüşün ən yaxşılarından biri olub.

Qeyd edək ki, “Barselona” turnirin finalında yanvarın 11-də “Real Madrid” – “Atletiko Madrid” cütünün qalibi ilə qarşılaşacaq.

Mənbə: https://qafqazinfo.az/news/detail/barselona-darmadaginla-finala-yukseldi-494662

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *