Baş Prokuror Pirallahıya Getdi - 15 Nəfərlə Bağlı Göstərişlər Verdi » DaylyAz
Politika

Baş prokuror Pirallahıya getdi – 15 nəfərlə bağlı göstərişlər verdi

Baş prokuror Kamran Əliyev bu gün Bakı şəhəri Pirallahı rayon prokurorluğunun inzibati binasında Pirallahı, Xəzər rayonları və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Baş prokuror qəbulda 15 nəfəri dinləyib.

Vətəndaşların müraciətləri konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərdən ibarət olub.

Kamran Əliyev müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verib.

Mənbə: https://qafqazinfo.az/news/detail/bas-prokuror-pirallahiya-getdi-15-neferle-bagli-gosterisler-verdi-494876

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button