Kriminal
Bayram günü cinayət törətməkdə şübhəli hesab olan 20 nəfər saxlanılıb.

Ötən gün cinayət törətməkdə şübhəli hesab olan 20 nəfər saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildrilik ki, sentyabrın 1-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub;
Axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılmış və aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt təsdiqləndirilib.







