Bir Il öncə Işdən çıxarılan Bəhruz Əsgərovun Həbs Olunması Haqqında Xəbər » DaylyAz
Kriminal

Bir il öncə işdən çıxarılan Bəhruz Əsgərovun həbs olunması haqqında xəbər

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərov xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Naxçıvan Muxtar Respublikası Baş Prokurorluğunun məlumatlarına əsasən, Baş Prokurorluğda cinayət işi açılmış və Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi aparılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilmişdir.

Qeyd etmək lazımdır ki, Bəhruz Əsgərov 2009-cu ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti”nin baş direktoruna təyin olunmuşdur. 2018-ci ildə “Naxçıvan avtomobil yolları Dövlət Agentliyi” yaradılaraq, 2023-cü ilin əvvəlində publik hüquqi şəxsə çevrilmişdir.

O, 27 noyabr 2023-cü ildə “Naxçıvan avtomobil yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin idarə heyətinin sədri təyin edilmişdir. 22 fevral 2025-ci ildə isə vəzifəsindən azad olunmuşdur.

Bəhruz Əsgərov 01 iyun 2018-ci ildən 31 dekabr 2023-cü ilə qədər olan müddət ərzində xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

Dövlət büdcəsinə dəyən ziyanın 5 milyon manatdan artıq olduğu bildirilsə də.

Mənbə: https://qafqazinfo.az/news/detail/bir-il-once-isden-cixarilan-behruz-esgerov-hebs-olunub-499456

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button