BTQ-nin Beynəlxalq Konfransı Beynəlxalq Media Məkanında Trend Olaraq Qalır » DaylyAz
Aktual xəbərlər

BTQ-nin beynəlxalq konfransı beynəlxalq media məkanında trend olaraq qalır

Məlum olduğu kimi, yanvarın 16-da Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans geniş ictimai-siyasi rezonans doğurub. Tədbir, həmçinin beynəlxalq media məkanında geniş işıqlandırılıb. Belə ki, bir sıra nüfuzlu beynəlxalq və regional media qurumları tədbirlə bağlı analitik və informativ materiallar dərc edib.

Xüsusilə Hindistanın “SikhPoliticsNews”, “KhireyaPunjab”, “MediaPunjab”, “BolePunjab” və “QuamieKta” media platformaları, o cümlədən Pakistanın “The Gulf Observer” və “HumEnglish” portalları, Türkiyənin TRT1 televiziya kanalı, eləcə də Gürcüstandakı “OC Media” informasiya portalı konfrans barədə ətraflı məlumat yayıb.

Sözügedən media qurumları konfrans çərçivəsində səsləndirilən mövqeləri, tarixi faktları və mövcud insan hüquqları vəziyyətini geniş auditoriyaya çatdıraraq tədbirin beynəlxalq əhəmiyyətini ön plana çıxarıb.

Konfrans tədbir #BakuInitiativeGroup, #SikhRights, #JusticeFor1984 və #HumanRightsInIndia kimi həştəqlərlə sosial mediada trendə çevrilib.

Konfrans Hindistanda etnik və dini azlıqlara qarşı repressiv siyasətin beynəlxalq gündəmə çıxarılması baxımından mühüm addım kimi qiymətləndirilir. Həmçinin BTQ-nin dekolonizasiya, əsarət altında yaşayan xalqların hüquqlarının müdafiəsi sahəsində qlobal müstəvidə artan rolunu bir daha nümayiş etdirir.

Mənbə: https://qafqazinfo.az/news/detail/btq-nin-konfransi-beynelxalq-mediada-trend-oldu-fotolar-495905

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button