“Bu, Azərbaycan Futbolu üçün çox Böyük Nailiyyətdir” » DaylyAz
Idman Xəbərləri 206

“Bu, Azərbaycan futbolu üçün çox böyük nailiyyətdir”

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolu üçün çox böyük nailiyyətdir.”

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda qarşılanma mərasimində söyləyib.

“Çox seviniyik. Klub olaraq bu illər boyu əziyyət çəkmişik. İkinci dəfə idi ki, Çempionlar Liqasının qrup mərhələsində idik. Bu il oyunlar sayı daha çox oldu. Turnirin 22-ci komandası olduk. Bu, Azərbaycan futbolu üçün çox böyük nailiyyətdir. Xalqımızı və futbolçuları təbrik edirəm.”

Təcrübəli mütəxəssis pley-offdakı potensial rəqibləri dəyərləndirib: “Elə səviyyədə komandalar qalıb ki, onları bir-birindən ayırmamaq olmaz. Hazırda komandaların qarşısına qoyulan maksimum yuxarı nəticələr göstərməkdir.”

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci sırada bitirən “Qarabağ” pley-offda İngiltərənin “Nyukasl” və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.

Mənbə: https://qafqazinfo.az/news/detail/bu-azerbaycan-futbolu-ucun-cox-boyuk-nailiyyetdir-497077

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button